Qətər və Fransa strateji tərəfdaşlığı və regional prosesləri nəzərdən keçirib

Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani və Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan-Noel Barro Dohada Qətər Dövləti ilə Fransa Respublikası arasında dördüncü illik strateji dialoqa həmsədrlik ediblər.
Yerli media bu barədə məlumat verib.
Dialoq çərçivəsində iki ölkə arasında siyasi, diplomatik, iqtisadi, investisiya, müdafiə, təhlükəsizlik, təhsil, səhiyyə, mədəniyyət, idman, humanitar və inkişaf sahələrində əlaqələrin və strateji tərəfdaşlığın gücləndirilməsi yolları nəzərdən keçirilib.
Həmçinin, 2015-ci ilin iyununda keçirilmiş üçüncü strateji dialoqdan bəri əməkdaşlıq sahəsində əldə olunan irəliləyişlər təhlil edilib.
Dialoqda regiondakı son hadisələr, xüsusilə Fələstin məsələsi, Qəzza zolağındakı vəziyyət və sülhə nail olmaq istiqamətindəki səylər, eləcə də Livan, Sudan və Afrika Buynuzundakı vəziyyət, İranla bağlı proseslər, Hörmüz boğazındakı gərginlik və bunların regional təhlükəsizliyə, həmçinin gəmiçilik azadlığına təsirləri müzakirə olunub.
Bundan əlavə, Qətər Dövlətinin münaqişələrin diplomatik yollarla həlli, gərginliyin azaldılması, regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində göstərdiyi vasitəçilik səyləri nəzərdən keçirilib; həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə bağlı koordinasiya və məsləhətləşmələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:03


























