Əfqanıstanın müvəqqəti hökumətində xarici işlər naziri Dohada görüşlər keçirib

Qətər Dövlətinin Baş nazir və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Əl-Tani ölkədə səfərdə olan Əfqanıstanın Müvəqqəti Hökumətində xarici işlər naziri vəzifəsini icra edən Mövlavi Əmir Xan Müttəqi ilə görüşüb.
Reportyor.az Qətərin XİN-ə istinadla xəbər verir ki, görüş zamanı Əfqanıstanda baş verən son hadisələr, eləcə də əfqan xalqına dəstək yolları nəzərdən keçirilib.
Baş nazir Qətər Dövlətinin əfqan xalqının bütün təbəqələrinə sarsılmaz dəstəyini və Əfqanıstanda təhlükəsizlik, sabitlik, firavanlıq və ləyaqətli həyata nail olmaq üçün davamlı səylərini vurğulayıb.
KARUSEL / DÜNYA
Tarix: 29-04-2025, 16:14