Qətərin Baş naziri amerikalı həmkarıyla Yaxın Şərqdə davam edən gərginliyi müzakirə edib
Qətər Dövlətinin Baş nazir və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Əl-Tani Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenə telefonla zəng edib.
Bu barədə Qatar News Agency xəbər verir.
Söhbət zamanı Qətər Dövləti ilə Amerika Birləşmiş Ştatları arasında sıx strateji əlaqələr və onları dəstəkləmək və gücləndirmək yolları müzakirə olunub. Onlar həmçinin Qəzza zolağında və işğal olunmuş Fələstin ərazilərində baş verən hadisələri, Zolaqda müharibəyə son qoymaq üçün birgə vasitəçilik səyləri ilə bağlı yenilikləri, Yaxın Şərqdə davam edən gərginliyi, sakitliyin zəruriliyini, regionda gərginliyin azaldılmasını müzakirə edib.
KARUSEL / DÜNYA
Tarix: 15-08-2024, 11:25