mobil versiya

Qəzza zolağında 3 min yetim uşağa Qətər kömək edəcək



Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Qəzza zolağında 3 min yetim uşağa sponsorluq etməyi və 1,5 min yaralıya tibbi yardım göstərməyi əmr edib.
Bu barədə Əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari məlumat verib.
Məlumata görə, əmirliyin səlahiyyətliləri Misirlə razılaşdırılaraq yaralıları və onları müşayiət edən şəxsləri daşıyacaq. Yaralı fələstinlilərin hansı ölkədə müalicə olunacağı açıqlanmır.

KARUSEL / DÜNYA
Tarix: 4-12-2023, 08:21