Antoni Blinken Qətərin Baş naziri ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
ABŞ Dövlət katibi Antoni Blinken Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Şeyx Mohammed bin Abdulrahman bin Jassim Al Taniylə telefonla danışıb.
Bu barəsə Qətərin XİN mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı Qətər Dövləti ilə ABŞ arasında sıx strateji əlaqələr və onları dəstəkləmək və gücləndirmək yolları müzakirə olunub.
Hər iki tərəf, həmçinin Qəzza və işğal olunmuş Fələstin ərazilərindəki hadisələri, Zolaqda müharibəyə son qoymağa yönəlmiş birgə vasitəçilik səylərinin yenilənməsini və Yaxın Şərqdəki daimi gərginliyi müzakirə edərək, münaqişədə sakitliyin və gərginliyin azaldılmasının vacibliyini vurğulayıb.
KARUSEL / DÜNYA
Tarix: 6-08-2024, 09:26