mobil versiya

Səudiyyə Ərəbistanının Ədəbiyyat, Nəşriyyat və Tərcümə Komissiyası Bakı Beynəlxalq Kitab Sərgisi 2026-da Krallığın pavilyonunu açıb




Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən 11 sahəvi komissiyadan biri olan Səudiyyə Ərəbistanı Ədəbiyyat, Nəşriyyat və Tərcümə Komissiyası  Bakıda 21-25 oktyabr tarixlərində keçirilən Bakı Beynəlxalq Kitab Sərgisində Səudiyyə Ərəbistanı Krallığının pavilyonunun açılışını edib.


Bu iştirak Komissiyanın Səudiyyə Ərəbistanından olan ədəbi istedadları dəstəkləmək, Krallığın ədəbi mühitini nümayiş etdirmək və iki ölkə arasında mədəni mübadiləni daha da gücləndirmək istiqamətindəki davamlı səylərini əks etdirir.

Pavilyon, Ədəbiyyat, Nəşriyyat və Tərcümə Komissiyasının rəhbərliyi altında Səudiyyə Ərəbistanının bir sıra dövlət qurumlarını və mədəniyyət təşkilatlarını bir araya gətirərək, Krallığın ədəbiyyat, nəşriyyat və mədəniyyət institutlarını əhatə edən vahid milli təqdimat məkanı rolunu oynayır.


Sərgi müddətində Komissiya Səudiyyə və ərəb ədəbi əsərlərinin müxtəlifliyini və zənginliyini, o cümlədən ərəb dilindən və ərəb dilinə 3200-dən çox kitabın tərcüməsinə dəstək vermiş "Tərcümə" (Tarjim) Təşəbbüsü çərçivəsində tərcümə olunmuş əsərləri nümayiş etdirəcək.


İştirakla bağlı fikirlərini bölüşən Ədəbiyyat, Nəşriyyat və Tərcümə Komissiyasının icraçı direktoru Dr. Abdullatif Alvasel deyib: "Bu il keçirilən Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etməkdən şərəf duyuruq. İştirakımız Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasındakı münasibətlərin möhkəmliyini nümayiş etdirir; pavilyonumuz ziyarətçilərə Krallığın ədəbi və yaradıcı müxtəlifliyi ilə tanış olmaq imkanı yaradır".

Bu iştirak Komissiyanın müvafiq sahəni inkişaf etdirmək, qlobal mədəni dialoqu və əməkdaşlığı genişləndirmək öhdəliyini bir daha təsdiqləyir.



Qeyd:  Səudiyyə Ərəbistanı zəngin incəsənət və mədəniyyət tarixinə malikdir. Mədəniyyət Nazirliyi Səudiyyə Ərəbistanının mədəni iqtisadiyyatını inkişaf etdirir, vətəndaşların, ölkədə yaşayanların və qonaqların gündəlik həyatını zənginləşdirir.

11 sahəvi komissiyaya rəhbərlik edən Nazirlik, keçmişinə sadiq qalan, eyni zamanda irsini qoruyub saxlamaqla gələcəyə baxan və hər kəs üçün yeni, ilhamverici ifadə formaları yaradan canlı mədəniyyəti dəstəkləmək və qorumaq istiqamətində fəaliyyət göstərir. 

Ədəbiyyat, Nəşriyyat və Tərcümə Komissiyası 2020-ci ildə təsis edilmiş Ədəbiyyat, Nəşriyyat və Tərcümə Komissiyası Krallıqda bu sahənin inkişafına rəhbərlik edir.

Komissiya Krallığın ədəbi məzmununu zənginləşdirməyi, həmçinin ədəbi ekosistemini daha rəqabətədavamlı və dayanıqlı etmək üçün onu daha da inkişaf etdirməyi hədəfləyir. Qurum həmçinin sahənin rəqəmsal transformasiyası üçün innovativ texnologiyaların tətbiqi, eləcə də həm yerli, həm də beynəlxalq səviyyədə dövlət, özəl və qeyri-kommersiya sektorları ilə tərəfdaşlıqların qurulması istiqamətində fəaliyyət göstərir.


Reportyor.az 




KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 15:44