Qətər Azərbaycana yeni səfir təyin edib
Qətər Dövləti Azərbaycana yeni səfir təyin edib.
Bu barədə Qətər Xarici İşlər Nazirliyi xəbər verir ki, əmir Təmim bin Hamad əl-Tani bu gün bununla bağlı qərar qəbul edib.
Mohammed Hamad Saad Al Fuhaid Al-Hajri Azərbaycana fövqəladə və səlahiyyətli səfir təyin olunub. O, bundan əvvəl Qətərin İran İslam Respublikasında səfiri işləyib.
Xatırladaq ki, bundan əvvəl Qətər Dövlətinin Azərbaycanda səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab olub.
KARUSEL / SİYASƏT
Tarix: 5-08-2024, 09:15