mobil versiya

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb






Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfərin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə hərəkəti müşahidə edilib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat verib.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, ərazi qapadılmış və sərhəd pozucularının saxlanılması məqsədilə zəruri tədbirlər görülüb.

Keçirilən kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 16 kiloqram 128 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən  İran İslam Respublikası vətəndaşları saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 
Reportyor.az 





KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 13:34