Si Cinpin: Çin-Oman əlaqələrinin dərinləşdirilməsi hər iki tərəf üçün strateji əhəmiyyət daşıyır

Çin Xalq Respublikasının Sədri Si Cinpin bazar ertəsi günü Oman Sultanı ilə görüşündə bildirib ki, Çin Omanla əlaqələrin genişləndirilməsini və dərinləşdirilməsini hər iki ölkə üçün “ortaq strateji seçim” hesab edir.
Pekində keçirilən görüşün əvvəlində Si Cinpin Sultan Heysəm bin Tariq Əl-Səidə müraciət edərək, ölkələri arasındakı münasibətlərin “yeni tarixi başlanğıc nöqtəsində” olduğunu qeyd edib.
Görüşü işıqlandıran media qrupunun məlumatına görə, Si Cinpin deyib: “Mən Çin-Oman strateji tərəfdaşlığını daha yüksək səviyyəyə qaldırmaq, hər iki ölkə xalqlarına daha yaxşı xidmət etmək, eləcə də regionda sülh, sabitlik və rifaha töhfə vermək üçün sizinlə birlikdə çalışmağa hazıram”.
Sultan Heysəm bazar günü iki günlük səfərlə Pekinə gəlib. Bu, iki ölkə arasında diplomatik əlaqələrin qurulduğu 1978-ci ildən bəri Oman dövlət başçısının Çinə ilk səfəridir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:34


























