mobil versiya

Çin sədri Si Cinpin Rusiyaya gedir



Çin sədri Si Cinpin gələn həftə Moskvaya səfər edəcək.
“Reuters” bu barədə məlumatlı mənbələrə istinadən yazıb.
Agentliyə danışan mənbə bildirib ki, Si Cinpin səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Ötən ilin sonunda Si Cinpinlə videokonfrans formatında danışarkən Vladimir Putin Rusiya ilə Çin arasında münasibətlərin tarixdəki ən yaxşı səviyyədə olduğunu demişdi. Söhbət zamanı Putin çinli həmkarını 2023-ün yazında Moskvaya səfərə dəvət etmişdi.
Putin Çin liderinin Rusiyaya səfərinin iki ölkə arasında əlaqələrin inkişafına təkan verəcəyini də bəyan etmişdi.


KARUSEL / DÜNYA
Tarix: 13-03-2023, 12:08