mobil versiya

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib



Prezident İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib.



Final görüşündə Çexiya və İspaniya komandaları üz-üzə gəliblər. Rəqibini 3:0 hesabı ilə məğlub edən İspaniya millisi FIFA U-15 ilk dünya çempionatı və festivalının qalibi olub.



Dövlətimizin başçısı qaliblərin mükafatlandırılması mərasimində iştirak edib.





Reportyor.az 

KARUSEL / İDMAN
Tarix: Dünən, 19:48