mobil versiya

“Real Madrid”in stadionu DÇ-2030-un final oyununa ev sahibliyi edəcək



İspaniyanın "Real Madrid" komandasının ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionu futbol üzrə dünya çempionatının final matçını qəbul edəcək.
İspaniya mətbuatı xəbər verir ki, 2030-cu ildə baş tutacaq mundialın həlledici görüşü “kral klubu”nun arenasında reallaşacaq. FIFA tərəfindən rəsmi açıqlama olmasa da, qərarın qəbul olunduğu bildirilib.
2030-cu ildə keçiriləcək dünya çempionatına üç ölkə - İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək.
KARUSEL / İDMAN
Tarix: 3-07-2024, 17:28