mobil versiya

“Sumqayıt” bu gün “Şəfa” ilə qarşılaşacaq





Oktyabrın 30-da Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib.

İlk oyun günündə bir qarşılaşma olub. Son çempion “Sabah” Tovuzda “Turan Tovuz”la üz-üzə gəlib. Beş qolluq oyunda meydan sahibləri qalib gəlib.

Oktyabrın 31-də turun daha iki matçı keçirilib. Hər iki oyun bölgələrdə olub.
“Araz-Naxçıvan” Şamaxıda “Zirə”ni qonaq edib. Dörd qolun vurulduğu matçda qalib müəyyənləşməyib.
“Qarabağ” isə bu turda Qəbələyə səfər edib. Qurban Qurbanovun komandası “Qəbələ” ilə qarşılaşmadan qolsuz heç-heçə ilə ayrılıb.
Dünən daha iki oyun keçirilib. “Neftçi” Şamaxıda eyniadlı komandanın qonağı olub. Görüş paytaxt təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
“İmişli” isə Gəncədə “Kəpəz”lə qarşılaşıb. Meydan sahibləri tək qolla 3 xal qazanıblar.
Tura bu gün keçiriləcək “Sumqayıt” – “Şəfa” matçı ilə yekun vurulacaq. (Komanda.az)

Reportyor.az 







KARUSEL / İDMAN
Tarix: Bu gün, 09:51