Azərbaycan Premyer Liqasında VIII tura bu gün start veriləcək

İlk oyun günündə bir qarşılaşma baş tutacaq.
Açılış matçında “Qarabağ” komandası “Sumqayıt”ı qəbul edəcək. “Azersun Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Oyunu FIFA referisi Əliyar Ağayev idarə edəcək.
İki komanda indiyədək ölkə çempionatında 43 dəfə üz-üzə gəlib. Bunların 32-də “köhlən atlar”, 6-da “gənclik şəhəri” təmsilçisi qələbə qazanıb. Beş qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də son Azərbaycan çempionu aşkar üstündür – 103:21.
“Sumqayıt” “Qarabağ”a qarşı son 9 oyunda qol buraxıb. Ağdamlıların bu rəqiblə son üç ev matçında 3 və ya daha çox qol vurulub.
Azərbaycan Premyer Liqası
VIII tur
29 sentyabr (cümə)
20:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Teymur Teymurov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Azersun Arena”.
Qeyd edək ki, turun “Turan Tovuz” – “Neftçi” və “Səbail” – “Sabah” oyunları sentyabrın 30-da, “Kəpəz” – “Qəbələ” və “Araz-Naxçıvan” – “Zirə” görüşləri isə oktyabrın 1-də keçiriləcək.
KARUSEL / İDMAN
Tarix: 29-09-2023, 11:52