mobil versiya

Bu gün Premyer Liqada Neftçi” və “Qarabağ” komandaları qarşılaşacaq



Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura "Neftçi"-"Qarabağ" oyunu ilə yekun vurulacaq.
“Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Matçı çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov idarə edəcək.
Ağdam klubu 31 turdan sonra 78 xalla turnir cədvəlinə başçılıq edir. 61 xalı olan "ağ-qaralar" isə 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" Qəbələdə "Kəpəz"ə, "Sabah" evdə "Şamaxı"ya 1:0, "Qəbələ" doğma meydanda "Səbail"ə 4:2, "Turan Tovuz" isə səfərdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəlib.
KARUSEL / İDMAN
Tarix: 2-05-2023, 09:03