mobil versiya

“Qarabağ” və “Turan Tovuz” bu gün üz-üzə gələcək




Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XXX turun mərkəzi oyunu keçiriləcək.

İkinci yer uğrunda mübarizə aparan 2 komanda – “Qarabağ” və “Turan Tovuz” Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gələcəklər.

Saat 19:30-da start götürəcək matçı Rəşad Əhmədov idarə edəcək.
Turnir cədvəlində Ağdam klubu 59 xalla 2-ci, Tovuz təmsilçisi 56 xalla 3-cüdür.
Qeyd edək ki, XXX turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”a 2:1, “İmişli” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə 1:0, “Sabah” isə “Şamaxı”ya 3:0 hesabı ilə qalib gəlib. Tura mayın 5-də keçiriləcək “Karvan-Yevlax” – “Neftçi” görüşü ilə yekun vurulacaq.

Reportyor.az 






KARUSEL / İDMAN
Tarix: Bu gün, 10:21