Premyer Liqada bu gün növbəti tur keçiriləcək

Fevralın 15-də Azərbaycan Premyer Liqasında 23-cü tura start verilib.
Premyer Liqada bu gün XXIII tur keçiriləcək iki görüşlə yekun vurulacaq.
Reportyor.az xəbər verir ki, son oyun günündə "Kəpəz" "Şamaxı"nı saat 16:00-da, "Səbail" isə "Sabah"ı saat 19:00-da qəbul edəcək.
Xatırladaq ki, turun digər oyunlarında "Turan Tovuz" "Araz-Naxçıvan"ı və "Qarabağ" "Neftçi"ni 1:0, "Zirə" "Sumqayıt"ı isə 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, aktivində 56 xalı olan "Qarabağ" turnir cədvəlinin vahid lideridir. "Araz-Naxçıvan" 44 xalla ikinci pillədə qərarlaşıb. "Zirə" 42 xalla ilk üçlüyü qapayır. 4-cü yerdəki "Turan Tovuz"un 39 xalı var. "Sabah" 31 xalla 5-ci, "Neftçi" 24 xalla 6-cıdır. 22 xalı olan "Sumqayıt" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. "Şamaxı" 20 xalla 8-ci, "Kəpəz" isə 18 xalla 9-cudur. 10-cu yerdəki "Səbail"in isə 16 xalı var.
17 fevral
Premyer Liqa
XXIII tur
Saat 16:00, "Kəpəz" - "Şamaxı";
Saat 19:00, "Səbail" - "Sabah".
KARUSEL / İDMAN
Tarix: 17-02-2025, 09:34