Mərakeş Şərqi Atlantik ölkələri ilə hidroqrafiya və dəniz xəritələrinin tərtibi sahəsində əməkdaşlığı gücləndirməkdə qərarlıdır

Milli Müdafiə Administrasiyasına cavabdeh olan, Hökumət Başçısı yanında nazir-nümayəndə Abdeltif Ludyi (Abdeltif Loudyi) Mərakeş Krallığının Şərqi Atlantik ölkələri ilə hidroqrafiya və dəniz xəritələrinin tərtibi sahəsində, xüsusilə kadr hazırlığı, potensialın artırılması və təcrübə mübadiləsi istiqamətlərində əməkdaşlığı gücləndirmək əzmində olduğunu bir daha vurğulayıb.
Beynəlxalq Hidroqrafiya Təşkilatının (IHO) S-100 standartına həsr olunmuş regional seminarın açılışında çıxış edən Ludyi qeyd edib ki, bu öhdəlik – xüsusilə Afrika və Atlantik okeanı sahilində yerləşən ölkələr arasında – Kral VI Məhəmmədin Afrika-Atlantik məkanını sülh, sabitlik və ortaq rifah zonasına çevirmək vizyonu ilə üst-üstə düşür.
Regional səviyyədə Mərakeş, son iki il ərzində sədrlik etdiyi Şərqi Atlantik Hidroqrafiya Komissiyası (EAtHC) çərçivəsində fəal əməkdaşlığı davam etdirmək niyyətindədir. O, bu fürsətdən istifadə edərək, Krallığın bütün EAtHC (Şərqi Atlantik Hidroqrafiya Komissiyası) ölkələri ilə birlikdə regionda hidroqrafiya və dəniz xəritələrinin tərtibi sahəsində əməkdaşlığı gücləndirməyə hazır olduğunu bir daha vurğuladı.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:48


























