mobil versiya

Mərakeş donanması Atlantik okeanı sahillərində 91 miqrantı xilas edib



Mərakeş donanması Atlantik okeanı sahillərində 91 miqrantı xilas edib.
Bununla bağlı Mərakeş Krallığının Silahlı Qüvvələri bəyanat yayıb. Açıqlamada bildirilir ki, donanma birliyi həyata keçirdiyi əməliyyat zamanı Afrikanın şimal-qərb sahillərində İspaniya arxipelaqı olan Kanar adalarına gedən qayığın qarşısını alıb.
Böyük Səhra ətrafındakı ərazilərdən olan miqrantlar ilkin tibbi yardım göstərildikdən sonra standart inzibati prosedurlar üçün Mərakeş Krallığı Jandarmına təhvil verilib.
Xatırladaq ki, Mərakeş Avropaya getmək istəyən bəzi Qərbi afrikalı miqrantlar üçün tranzit mərkəzinə çevrilib.(azərtac)

KARUSEL / DÜNYA
Tarix: 20-06-2024, 11:21