İspaniya Krallığı Hökumətinin başçısı Mərakeşə səfərə gəlib
Mərakeş Kralı VI Məhəmməd bu gün Rabatdakı Kral Sarayında hazırda Mərakeşdə işgüzar səfərdə olan İspaniya Krallığı Hökumətinin başçısı Pedro Sançesi qəbul edib.
Bu barədə Kral Ofisi bəyanat yayıb.
Bu səfər 2022-ci ilin aprel ayında Əlahəzrət və İspaniya Hökumətinin Prezidenti arasında keçirilən görüşdən və bu münasibətlə iki ölkə arasında qəbul edilən Birgə Bəyannamədən sonra başlayan ikitərəfli münasibətlərin yeni mərhələsinin davamlılığının bir hissəsidir.
Görüşdə İspaniya Hökumətinin Prezidenti Əlahəzrət Krala, Mərakeşin muxtariyyət təşəbbüsünü bu mübahisənin həlli üçün ,ən ciddi, real və etibarlı əsas hesab edərək, 2022-ci ilin aprelində birgə bəyannamədə yer alan İspaniyanın mövqeyini bir daha təkrarlayıb. Əlahəzrət Kral bu yeni konstruktiv və mühüm mövqeyə görə İspaniyaya təşəkkür edib.
Əlahəzrət Kral və Pedro Sançes iki qonşu ölkə üçün unikal əməkdaşlıq imkanlarının açıldığını vurğulayıb. 2030-cu ildə futbol üzrə dünya çempionatının Portuqaliya ilə birgə təşkili ikitərəfli əlaqələri gücləndirmək üçün daha bir vasitədir.
Bundan əlavə, İspaniya Hökumətinin Prezidenti Əlahəzrət Kral tərəfindən irəli sürülən strateji təşəbbüslərə, xüsusən də Atlantik okeanı ilə həmsərhəd Afrika ölkələrinin Təşəbbüsünə, Sahel ölkələrinin Atlantik okeana girişi təşviq etmək üçün Kral Təşəbbüsünə , eləcə də Afrika-Atlantik Nigeriya-Mərakeş Qaz Boru Kəmərinə İspaniyanın marağını alqışladı və vurğulayıb.
Kral Sarayına gələrkən İspaniya hökumətinin başçısı ənənəvi süd və xurma təqdimetmə mərasiminə dəvət edilməzdən əvvəl mərasimdə iştirak edən Kral Qvardiyasının dəstəsinə baxış keçirilib.
KARUSEL / DÜNYA
Tarix: 22-02-2024, 16:14