mobil versiya

Mərakeş Krallığı isveçli ekstremistlərin əməllərini qətiyyətlə pisləyir




Mərakeş Krallığı 21 yanvar 2023-cü ildə Stokholmda Qurani-Kərimi yandıran isveçli ekstremistlərin əməllərini qətiyyətlə pisləyir və bu təhlükəli aktı qəti şəkildə rədd edir.

Mərakeş Krallığının ölkəmizdəki Səfiurliyindən "Reportyor.az"a daxil olan bəyanatda deyilir ki, İsveç hüquq-mühafizə qüvvələrinin gözü qarşısında baş vermiş bu qəbuledilməz akta İsveç hakimiyyətinin icazə verməsindən şoka düşüb və onlardan Qurani-Kərimə və müsəlmanların müqəddəs dini simvollarına hücumun qarşısını almaq üçün müdaxilə etməyi xahiş edir.
Bir milyarddan çox müsəlmanın dini hisslərini təhqir edən bu mənfur hərəkət dinlər və xalqlar arasında qəzəb və nifrət yarada bilər. Mərakeş Krallığı tolerantlıq və birgəyaşayış dəyərlərinə qarşı ikili standartlar məntiqindən imtina etməyi, dinlərin müqəddəs simvollarına və onların davamçılarının hisslərinə qarşı hər hansı bir hücuma qarşı eyni dərəcədə barışmazlıq və qətiyyətin nümayiş etdirilməsini tələb edir.
KARUSEL / DÜNYA
Tarix: 23-01-2023, 17:10