mobil versiya

Afrikada 2022-ci ilin rəmzi komandası açıqlanıb



Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası Afrikada 2022-ci ilin rəmzi komandasını açıqlayıb.

Rəmzi komanda 4-3-3 sisteminə uyğun olaraq aşağıdakı kimi tərtib olunub:
Qapıçı - Yassin Bunu (Mərakeş),
Müdafiəçilər - Əşrəf Hakimi, Romain Saiss (hər ikisi Mərakeş), Xalidu Kulibali (Seneqal), Ali Malul (Tunis),
Yarımmüdafiəçilər - Sofyan Amrabat, Azzedin Unahi (hər ikisi Mərakeş), Məhəmməd Kudus (Qana),
Hücumçular - Məhəmməd Salah (Misir), Vensan Abubakar (Kamerun), Sadio Mane (Seneqal).

KARUSEL / İDMAN
Tarix: 17-01-2023, 12:03