mobil versiya

Gömrük orqanına bəyan edilməyən 433 ədəd mobil telefon aşkarlanıb




Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində mobil telefonların bəyan olunmadan gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi  bu barədə məlumat verib. 

İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin dartıcı hissəsində gizlədilən, gömrük orqanına bəyan edilməyən 433 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Reportyor.az 




KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 11:19