Gömrükdə bəyan edilməyən mallar aşkarlanıb

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi bu barədə məlumat verib.
“Qırmızı Körpü” gömrük postunun idxal nəzarət xəttində stasionar rentgen qurğusundan keçirilən nəqliyyat vasitəsinin yük yerində şübhəli təsvirlər müşahidə olunub.
Gömrük əməkdaşları tərəfindən həyata keçirilən yoxlama zamanı gömrük orqanına bəyan edilməyən 4752 ədəd kosmetik vasitə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 15:48


























