mobil versiya

Paşinyan: Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb





Ermənistan hökuməti “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsinin icrasına faktiki olaraq artıq başlayıb.

Armenpress xəbər verir ki,  bu barədə bazar ertəsi parlament üzvlərinə məlumat verən Baş nazir Nikol Paşinyan bildirib: “Növbəti prosesləri təşkil etməzdən əvvəl, Ermənistan hökuməti vaxt itirməmək və layihə üzərində işlərə başlaya bilmək üçün öz təşəbbüsü ilə TRIPP layihəsi çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik ötürücü xətlərinin layihələndirilməsi işlərini sifariş etmək prosesini başladacaq”.

O, bu fikirləri 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirə olunduğu parlament komitələrinin birgə iclasında səsləndirib. Baş nazir əlavə edib ki, “TRIPP İnkişaf Şirkəti” (TRIPP Development Company) yaradılan kimi, Ermənistan hökuməti artıq görülmüş işləri həmin şirkətə təhvil verəcək. Paşinyan vurğulayıb ki, bu layihə vasitəsilə Ermənistan 30 ildən artıqdır davam edən blokadadan çıxır. “Şübhəsiz və birmənalıdır ki, TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində Ermənistan bütün istiqamətlərdə blokadadan azad olacaq. Ölkə həm şərq-qərb, həm də şimal-cənub istiqamətlərində blokadadan çıxacaq. Bütün bu istiqamətlərin blokadadan azad edilməsi o demək deyil ki, bütün infrastruktur TRIPP layihəsinin bir hissəsi olacaq. TRIPP layihəsinə Nrnadzor-Karçevan dəmir yolu, eləcə də oradakı elektrik ötürücü xətləri və avtomobil yolu daxil olacaq. Qaz kəməri və neft kəməri məsələləri isə daha sonrakı mərhələdə müzakirə olunacaq mövzulardır”, - deyə Paşinyan bildirib. Oktyabrın 28-də Ermənistan Milli Məclisi Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) ilə bağlı strateji əməkdaşlığa dair Çərçivə Sazişini ratifikasiya edib.



Reportyor.az 




KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:09