mobil versiya

Paşinyan: TRIPP Ermənistan və onun iqtisadiyyatı üçün yeni bir dövr açacaq






Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, TRIPP layihəsinin həyata keçirilməsi regional əlaqələndirmə potensialını tam şəkildə üzə çıxaracaq və Ermənistanla onun iqtisadiyyatı üçün yeni bir dövrün əsasını qoyacaq.

"Armenpress" xəbər verir ki, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən "Concordia" İllik Sammitindəki panel müzakirəsində çıxış edən Baş nazir, moderator – "Nuclear Company" şirkətinin İctimaiyyətlə Əlaqələr üzrə Qlobal Rəhbəri və Yaxın Şərq üzrə İcraçı Direktoru Duqlas Smitin Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülh və bunun nəticəsində yaranan imkanlarla bağlı suallarını cavablandırıb. Baş nazirin ofisi tərəfindən yayılan məlumata görə, Paşinyan hazırda işlərin TRIPP layihəsinin icrasına yönəldiyini bildirib. "Bu, ölkəmiz və iqtisadiyyatımız üçün yeni bir dövr açacaq", – deyən Baş nazir əlavə edib ki, bu layihə həmçinin Ermənistan hökumətinin "Sülh qovşağı" (Crossroads of Peace) təşəbbüsünü reallığa çevirəcək.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:40