mobil versiya

Paşinyan: Azərbaycanla sülh regionumuz üçün tarixi bir dəyişiklikdir



Bizdə artıq sülh var və bu, reallıqdır.

Bu sözləri Baş nazir Nikol Paşinyan Paris Sülh Forumunda deyib.
“Bu, təkcə Ermənistanla Azərbaycan arasındakı ikitərəfli münasibətlərdə deyil, həm də bütövlükdə regionumuz üçün tarixi bir dəyişiklikdir”, - o qeyd edib.
Paşinyan erməni xalqının indiyədək əldə etdiklərini dəstəklədiyindən əminliyini bildirib.
“Heç şübhə etmirəm ki, Ermənistan vətəndaşları sülh gündəliyini və sülh prosesini dəstəkləyəcəklər”, - Baş nazir vurğulayıb. (apa)



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 11:28