mobil versiya

Bu gün yeni ombudsman seçiləcək



Bu gün Azərbaycanın yeni İnsan hüquqları üzrə müvəkkili (ombudsmanı) seçiləcək.

Bununla əlaqədar məsələ parlamentin bugünkü plenar iclasının gündəliyinə daxil edilib.

Belə ki, plenar iclasda Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında məsələyə baxılacaq.
Qeyd edək ki, bu vəzifəyə üç namizədin adı təqdim edilib. Onlar Səbinə Əliyeva, Elşanə Vəliyeva və Ceyhun Qaracayevdir.

Reportyor.az 
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 09:45