mobil versiya

Ötən il ombudsmanın ünvanına 29 min 411 müraciət daxil olub



Ümumilikdə 2023-cü ildə ombudsmanın ünvanına 29 min 411 müraciət daxil olub. Bu müraciətlərə Konstitusiya qanuna uyğun olaraq baxılıb və cavablandırılıb.
Bunu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib.
“Cari ilin fevral ayında Konstitusiya qanununa uyğun olaraq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) insan hüquqları üzrə ötən il aparılmış fəaliyyəti haqqında məruzəsi dövlət başçısına təqdim edilib. Bu gün həmin məruzəni Milli Məclisdə səsləndirəcəm”, - deyə Səbinə Əliyeva vurğulayıb.
O bildirib ki, məruzədə 76 təklif və tövsiyə qeyd edilib. Bu təklif və tövsiyələr müxtəlif əhali qruplarının hüquqlarının səmərəli təmininə və etibarlı müdafiəsinə xidmət edir.

KARUSEL / CƏMİYYƏT
Tarix: 5-03-2024, 10:48