mobil versiya

Nazir: "Wizz Air" reysi bomba təhlükəsi səbəbindən Budapeştə yönləndirilib



Macarıstanın müdafiə naziri Romulusz Ruszin-Szendi "Facebook" səhifəsində bildirib ki, bazar ertəsi günü Londondan Sofiyaya uçan "Wizz Air" təyyarəsi bomba təhlükəsi səbəbindən Budapeşt hava limanına yönləndirilib.

Sərnişin təyyarəsini müşayiət etmək üçün Macarıstana məxsus "Gripen" qırıcı təyyarəsi havaya qaldırılıb; təyyarə Budapeştə eniş edib.

"Wizz Air" şirkətinin "24.hu" xəbər saytına verdiyi məlumata görə, hazırda səlahiyyətli orqanlar təyyarədə və sərnişinlər arasında təhlükəsizlik yoxlaması aparırlar.

Reportyor.az 






KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 17:13