mobil versiya

Çinin xarici işlər naziri Yaxın Şərq münaqişəsinin həlli üçün dialoqa çağırır






Çinin xarici işlər naziri Van İ bazar ertəsi Pekində İranın milli təhlükəsizlik rəsmisi ilə görüşü zamanı bildirib ki, Yaxın Şərq münaqişəsindəki bütün tərəflər yenidən silaha əl atmaq əvəzinə, siyasi həll yollarına diqqət yetirməlidirlər.

Çinin dövlət xəbər agentliyi "Sinhua"nın məlumatına görə, Van İ İran Ali Milli Təhlükəsizlik Şurasının katib müavini Əli Baqeri Kaniyə bildirib ki, Yaxın Şərq münaqişələrinin həlli yolu dialoq və danışıqlardan keçir.

Van İ həmçinin qeyd edib ki, Çin İranın öz suverenliyini və təhlükəsizliyini qorumasını dəstəkləyir.

Bazar ertəsi gününün əvvəlində Çin Prezidenti Si Cinpin Oman lideri Sultan Heysəm bin Tariq Əl Səidə bildirib ki, Yaxın Şərq və Körfəz regionu böyük dövlətlərin rəqabət meydanına çevrilməməlidir.

Daha sonra yayımlanan Çin-Oman birgə bəyanatında Maskat, Çinin Yaxın Şərqlə bağlı sülh təkliflərini dəstəklədiyini və regionda davamlı sabitliyə nail olunmasında Pekinin "daha böyük rol" oynamasını gözlədiyini ifadə edib.

Yaxın Şərqdə daha geniş diplomatik rol oynamağa çalışan Çin, həmçinin bildirib ki, onun Yaxın Şərq üzrə xüsusi nümayəndəsi bu ay İran, Oman və Səudiyyə Ərəbistanına səfər edəcək.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:37