mobil versiya

Çin və Səudiyyə Ərəbistanı regional və qlobal məsələlərdə koordinasiyanı gücləndirmək barədə razılığa gəlib





Çin və Səudiyyə Ərəbistanı regional və beynəlxalq məsələlərdə daha sıx ünsiyyət və koordinasiya qurmaq barədə razılığa gəliblər.

Pekin Ər-Riyadın Yaxın Şərq diplomatiyasındakı rolunu yüksək qiymətləndirir.

Bu barədə bazar günü xarici işlər nazirləri arasında keçirilən görüşdən sonra verilən açıqlamalarda bildirilib.

Çin xarici işlər naziri Vanq Yi Birləşmiş Ərəb Əmirliklərindən başlayan və İordaniyada başa çatması gözlənilən Yaxın Şərqə üç ölkə səfərindədir. O, bazar günü Ər-Riyadda Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan əl-Səud ilə görüşüb.

Çinin rəsmi xəbər agentliyi Sinxua tərəfindən dərc edilən birgə bəyanatda ölkələrin hansı məsələlərdə koordinasiyanı gücləndirəcəkləri barədə ətraflı məlumat verilməyib, lakin Çinin Səudiyyə Ərəbistanı və İranın münasibətlərini inkişaf etdirməsinə və gücləndirməsinə verdiyi dəstək qeyd edilib.

Bəyanatda deyilir ki, Çin Səudiyyə Ərəbistanının regional və beynəlxalq təhlükəsizlik və sabitliyə nail olmaq üçün aparıcı rolunu və səylərini yüksək qiymətləndirir.

Bəyanatda həmçinin hər iki ölkənin Fələstin məsələsinin "hərtərəfli və ədalətli həlli"nə və Fələstinlilər üçün müstəqil bir dövlətin yaradılmasına dəstəyi bir daha vurğulanıb.

Çin Xarici İşlər Nazirliyinin bazar ertəsi günü verdiyi açıqlamada yüksək səviyyəli görüşdə Vanq Səudiyyə Ərəbistanı həmkarına Çinin Səudiyyə Ərəbistanını həmişə Yaxın Şərq diplomatiyası üçün prioritet" və qlobal diplomatiyada mühüm tərəfdaş hesab etdiyini bildirib.

O, həmçinin enerji və investisiyalar, eləcə də yeni enerji və yaşıl transformasiya sahələrində daha çox əməkdaşlığı təşviq edib.

Birgə bəyanata görə, ölkələr hər iki tərəfdən diplomatik və xüsusi pasport sahibləri üçün qarşılıqlı olaraq vizaların ləğvi barədə razılığa gəliblər.

Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: 15-12-2025, 11:58