mobil versiya

Mərakeş Kralı milli futbol komandasının məşqçisi və kapitanı ilə telefonla danışıb



Qətərdə keçirilən Futbol üzrə dünya çempionatında 14 dekabr tarixində Mərakeş milli futbol komandası Fransa millisinə qarşı oyunu keçirilib və bu oyun Fransa komandasının qələbəsi ilə sona çatıb.
Mərakeş Kralı VI Məhəmməd, FIFA Dünya Çempionatı Qətər-2022-nin yarımfinal matçının sonunda milli komandanın baş məşqçisi Valid Reqraqi ilə telefonla danışıb. Kral baş məşqçinin, futbolçuların və milli komandanın bütün üzvlərinin kubokda qazandıqları parlaq nailiyyətlərini yüksək qiymətləndirib və onlara qarşıdakı oyunlarında uğurlar arzulayıb.
Kral VI Məhəmməd Valid Reqraqinin çıxışını yüksək qiymətləndirərək deyib ki, o milli komandanın baş məşqçisi rolunda olaraq cəmi bir neçə ay ərzində belə yığcam və mübariz bir oyunçu qrupu toplaya bilib və bu yarışda şərəflə iştirak edərək bütün Mərakeş xalqına və beynəlxalq ictimayyətə öz bacarığını və hünərini göstərib.
Kral bu münasibətlə milli komandanın kapitanı Romain Saiss ilə də danışıb. Kral onun zədəsinin tezliklə sağalmasını arzulayıb, onu liderlik etdiyinə görə təbrik edib, eyni zamanda ona bütün komanda üzvlərinə Kralın səmimi təbriklərini çatdırmağı tapşırıb.


KARUSEL / DÜNYA
Tarix: 15-12-2022, 17:11