mobil versiya

Afrikalı ulduz futbolçu dünya çempionatını buraxmalı olacaq



Münhen “Bavariya”sının və Seneqal yığmasının hücumçusu Sadio Mane zədə səbəbindən Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatını buraxmalı olacaq.
Belə ki, 30 yaşlı hücumçu Bundesliqada “Verder”ə qarşı keçirilən oyunda (6:1) ağır zədə alıb.
Mənbə yazır ki, Mane daban vətərini zədələyib.
Qeyd edək ki, Qətərdə təşkil ediləcək futbol üzrə dünya çempionatı noyabrın 20-də start götürəcək. Seneqal yığması mundialda Niderland, Qətər və Ekvadorla birlikdə A qrupunda mübarizə aparacaq.
Mənbə: L'Equipe

İDMAN
Tarix: 10-11-2022, 11:10