Qətər və İran Qəzza zolağında, Livanda baş verən hadisələri də müzakirə edib

Qətər Dövlətinin Baş nazir və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Əl-Tani İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçidən telefon zəngi alıb.
Zəng zamanı iki ölkə arasında əməkdaşlıq münasibətləri və onları dəstəkləmək və inkişaf etdirmək yolları müzakirə edilib.
Onlar həmçinin qarşılıqlı maraq doğuran mövzularla yanaşı, Qəzza zolağında, işğal olunmuş Fələstin ərazilərində və Livanda baş verən hadisələri də müzakirə ediblər.
Baş nazir və xarici işlər naziri Qəzza zolağında və Livanda atəşkəs sazişinin tam şəkildə həyata keçirilməsini təmin etmək, regionda davamlı sülhə və arzulanan sabitliyə nail olmaq üçün yol açmaq məqsədilə regional və beynəlxalq səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 29-12-2025, 16:20



























