mobil versiya

“Çempionlar Liqasında ilk qolumu vurduğum üçün şadam”



“Barselona”nın cinah müdafiəçisi Xavi Espart UEFA Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda PSJ-yə qarşı keçirilən səfər oyunundan (2:4) sonra fikirlərini bölüşüb.

UEFA-nın mətbuat xidməti bu barədə xəbər verir. 

O, bunu deyib:

“Biz əzmlə mübarizə apardıq, lakin nəticəni xırda detallar həll etdi. İşləməyə və inkişaf etməyə davam edəcəyik. Vurduğum qola gəlincə, bu, həm sevincli, həm də kədərli hissdir, çünki əsas prioritet həmişə qələbə qazanmaqdır. Bununla belə, bu turnirdə ilk qolumu vurduğum üçün əlbəttə, şadam”.
“Barselona” Çempionlar Liqasının növbəti turunda “Aston Villa” ilə qarşılaşacaq. Kataloniya klubu həmçinin, 25 noyabrda, bu turnirin 5-ci turu çərçivəsində Bakıda “Sabah”la görüşəcək. (Komanda.az)

Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:50