Arda Turan: “Futbolçularım Çempionlar Liqasına hazır deyil”
“Şaxtyor”un baş məşqçisi Arda Turan komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsinə hazırlıq səviyyəsini dəyərləndirib.
Klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, türkiyəli mütəxəssis futbolçularının turnirə tam hazır olmadığını etiraf edib:
“Ümumilikdə, futbolçularım Çempionlar Liqasına hazır deyil. Futbolda iki həftə ərzində çox şeyi dəyişmək mümkün deyil. Zaman göstərəcək. Futbolçularım Çempionlar Liqasına hazır olmaya bilərlər, amma qələbə qazanmağa hazırdırlar”.
“Şaxtyor” Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda bu gün səfərdə PSV ilə qarşılaşacaq. Eyndhoven şəhərində keçiriləcək oyun saat 20:45-də başlayacaq.(Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:38



























