mobil versiya

"Sabah” Çempionlar Liqasına vəsiqə qazanan ən gənc klubdur?





“Sabah”ın UEFA Çempionlar Liqasında uğurlu çıxışından sonra sosial mediada Masazır təmsilçisinin qitənin ən nüfuzlu klub turnirinə vəsiqə qazanan ən gənc komanda olub-olmaması ilə bağlı fikir ayrılığı yaranıb.

Hər suala əlimizin altındakı internetdə cavab tapmağın mümkün olduğu dövrdə bəziləri iddia edir ki, “bayquşlar” Çempionlar Liqasına vəsiqə qazanan ən gənc komandadır. Amma bu, yanlış bilgi və bilgiləndirmədir.
2017-ci ildə yaranan “Sabah” 2026-cı ildə, yaranmasından 9 il sonra Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Bu nəticə Azərbaycan çempionunu turnirə vəsiqə qazanan ən gənc klublardan birinə çevirib. Lakin “Sabah” bu göstəricidə birinci deyil.
ÇL-ə 10 yaşına qədər vəsiqə qazanan cəmi üç klub var ki, “Sabah” burada üçüncü oldu.
Bu siyahıda ilk sırada “Astana” yer alır. Qazaxıstan təmsilçisi 2015-ci ildə, 6 yaşında Çempionlar Liqasına vəsiqə qazanıb.
İkinci pillədə isə “Leyptsiq” qərarlaşıb. Almaniya klubu 2017-ci ildə, 8 yaşında bu uğura imza atıb.
Dördüncü pillədə isə “Krasnodar” yer alır. Rusiya təmsilçisi 2008-ci ildə yaradılıb və 2020-ci ildə, yaranmasından 12 il sonra turnirə vəsiqə qazanıb.
Beləliklə, “Sabah” Çempionlar Liqasının əsas mərhələsinə yüksələn ən gənc klub kimi yox, bu uğura ən tez nail olan üçüncü komanda kimi tarixə düşüb. (Komanda.az)

Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: Bu gün, 15:37