mobil versiya

Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb



Bu il Almaniyada təşkil olunacaq Avropa çempionatına vəsiqə qazanan son üç iştirakçıdan biri məlum olub.
Pley-off mərhələsində Gürcüstan və Yunanıstan üz-üzə gəlib. Əsas və əlavə vaxtda qapılara qol vurulmadığı üçün görüş penaltilər seriyasına gedib. Burada daha dəqiq oynayan gürcülər ilk dəfə ölkə tarixində Avropa çempionatına vəsiqə qazanıb – 4:2.
Qeyd edək ki, Uels – Polşa və Ukrayna – İslandiya oyunlarından sonra Avropa çempionatına vəsiqə qazanan son yığmaların adlarına aydınlıq gələcək.

KARUSEL / İDMAN
Tarix: 27-03-2024, 11:37