Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Mədinə və Şərq bölgələrində beş PUA ələ keçirildiyini açıqlayıb

Yəməndəki husilərə qarşı mübarizə aparan və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya çərşənbə günü bildirib ki, Krallığa doğru buraxılan beş pilotsuz uçuş aparatı ələ keçirilib. Onlardan bəziləri İslamın ən müqəddəs şəhərlərindən birinin yerləşdiyi Mədinə bölgəsində zərərsizləşdirilib.
Koalisiyanın sözçüsü general-mayor Türki əl-Maliki "X" sosial şəbəkəsindəki paylaşımında "Krallığa doğru buraxılan dörd pilotsuz uçuş aparatının ələ keçirilərək məhv edildiyini" bildirib. O, paylaşımının davamında qeyd edib ki, bu əməliyyatlar Səudiyyə Ərəbistanının Şərq bölgəsində və Mədinədə həyata keçirilib.
Hücumların arxasında kimin dayandığını açıqlamayan əl-Maliki, daha sonra Şərq bölgəsində daha bir pilotsuz uçuş aparatının ələ keçirildiyini bildirib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 09:52


























