“Qızıl top”un qalibinin adını yalnız bir nəfər bilir
2026-cı il “qızıl top” mükafatının qalibinin kimliyindən yalnız bir nəfər xəbərdardır.
“The Touchline” nəşri xəbər verir ki, bu şəxs “France Football” jurnalının baş redaktoru Vensan Qarsiyadır. Səsvermənin nəticələrini ondan başqa, dünyada heç kimin bilmədiyi qeyd olunub.
“Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da, Londonda keçiriləcək. Mükafatın əsas namizədləri arasında “Barselona”nın hücumçusu Lamin Yamal və “Bayern”in forvardı Harri Keyn göstərilir. Mükafatın son sahibi isə PSJ-nin hücumçusu Osman Dembeledir.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 15:42



























