Dövlət sərhədini pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanılıb

Oktyabr ayının 19-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən Pakistan İslam Respublikası vətəndaşı saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi
məlumat verib.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 14:29


























