ÇL: “Sabah” bu gün “Borussiya” ilə qarşılaşacaq

Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda turnirin 3-cü turunda Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı Olimpiya Stadionunda, saat 20:45-də start götürəcək.
Matçın baş hakimi ispaniyalı FİFA referisi Xavyer Alberola Roxas olacaq.
“Sabah” hazırda liqa mərhələsində 3 xalla 22-ci, eyni xala malik qonaqlar 18-ci pillədə qərarlaşıb.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 10:45


























