mobil versiya

ÇL: “Qarabağ” bu gün “Napoli” ilə qarşılaşacaq





“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İtaliyada “Napoli” ilə üz-üzə gələcək.

“Stadio Diego Armando Maradona” stadionunda baş tutacaq 5-ci turun qarşılaşması saat 00:00-da start götürəcək.
Matçın baş hakimi polşalı FİFA referisi Şimon Marçinyak olacaq.
“Qarabağ” liqa mərhələsində 7 xalla 15-ci pillədə qərarlaşıb. Neapol klubu 4 xalla 24-cü sıradadır.
Azərbaycan çempionu daha əvvəl turnirdə Portuqaliyanın “Benfika” (3:2), Danimarkanın “Kopenhagen” (2:0) komandalarını məğlub edib. İspaniyada “Atletik”ə uduzan (1:3) “köhlən atlar” Bakıda “Çelsi” ilə bərabərə qalıb – 2:2.

Reportyor.az



KARUSEL / İDMAN
Tarix: Bu gün, 10:32