ÇL: “Qarabağ” bu gün “Kopenhagen”lə oyuna çıxır
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 2-ci turda Bakıda Danimarkanın “Kopenhagen” klubu ilə üz-üzə gələcək.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Matçı Niderlanddan olan FİFA referisi Serdar Gözübüyük idarə edəcək.
“Qarabağ” 1-ci turda Portuqaliyada “Benfika”nı məğlub edib – 3:2. “Kopenhagen” isə evdə Almaniya “Bayer”i ilə heç-heçə edib – 2:2.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 1-10-2025, 10:58




























