mobil versiya

ÜƏP maliyyə çatışmazlığı səbəbindən Qəzzada yarım milyon insana yardımı dayandıracaq




BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) bazar ertəsi günü maliyyə çatışmazlığı səbəbindən Qəzzada 500 000 nəfərə göstərilən aylıq yardımı dayandıracağını açıqlayıb və ehtiyacların hələ də çox ciddi olaraq qaldığı barədə xəbərdarlıq edib.

ÜƏP-in ölkə üzrə direktoru Şon Hyuz AFP agentliyinə bildirib: "Bu aydan etibarən, yardım göstərdiyimiz insanların sayından yarım milyon nəfəri çıxarırıq".

Bu ixtisarlardan sonra ÜƏP-dən ərzaq və ya nağd pul şəklində yardım alan fələstinlilərin sayı 1,1 milyon nəfərə enib – bu rəqəm müharibədən əziyyət çəkən Qəzza əhalisinin təxminən yarısını təşkil edir.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:22