“Sabah” Finlandiya klubu ilə bu gün qarşılaşacaq

Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda turnirin 2-ci təsnifat mərhələsinin ilk oyununda Finlandiya təmsilçisi “KuPS”u qəbul edəcək.
Qarşılaşma “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Oyunun baş hakimi polşalı FİFA referisi Lukaş Kujma olacaq.
Cütün qalibi növbəti mərhələdə “Orxus” (Danimarka) – “Lex” (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:03



























