ÇL: Bu gün “Arsenal”ın finaldakı rəqibi məlum olacaq

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək.
Yarımfinal mərhələsinin ikinci cavab oyununda “Bayern” Almaniyada PSJ-ni qəbul edəcək. Qarşılaşma saat 23:00-da start götürəcək. Oyunun baş hakimi portuqaliyalı Joao Pineyro olacaq.
Parisdəki ilk görüşdə meydan sahibləri qələbə qazanıb – 5:4.
Cütün qalibi finalda İngiltərənin “Arsenal” komandası ilə üz-üzə gələcək. “Topçular” dünən doğma meydanda “Atletiko”nu 1:0 hesabı (ilk oyun – 1:1) ilə məğlub edib.(Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 6-05-2026, 14:11



























