mobil versiya

Mbappe “qızıl top” haqda: “Artıq vaxtdır!”





“Real”ın hücumçusu Kilian Mbappe “qızıl top” mükafatının builki təqdimat mərasimi ilə bağlı fikirlərini bölüşüb.

O, bu il nüfuzlu fərdi mükafatı qazanmaq üçün uyğun vaxt olduğunu düşünür:

“Bəlkə də, tezliklə bu mükafatla birlikdə çəkilmiş şəklim ortaya çıxacaq. Kim bilir?! Artıq vaxtıdır! Bunun üçün ən uyğun il elə bu ildir”.
Mbappe “France Football” tərəfindən təqdim olunan “qızıl top”a əsas namizədlərdən biridir. Mükafatın təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.
2025-ci ildə bu mükafatı Fransa millisinin və PSJ-nin futbolçusu Osman Dembele qazanıb.

Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: Bu gün, 16:29