“Messidən başqa, heç kimi dünyanın ən yaxşısı adlandırmaq olmaz”
Xarici KİV xəbər verir ki, almaniyalı vinger, Lionel Messini dünyanın ən yaxşı futbolçusu hesab etdiyini bildirib:
“Hər bir futbolçu özünəməxsusdur. Lionel Messidən başqa, heç kimi dünyanın ən yaxşısı adlandırmaq olmaz. Mənim üçün o, hər il ən yaxşısıdır. Namizədlərin hər biri bu mükafata layiqdir. Lamin Yamal? O, əsas favoritlərdən biridir”.
Builki “qızıl top” mərasimi İngiltərənin London şəhərində keçiriləcək. 2025-ci ildə bu mükafata Fransa millisinin və PSJ-nin hücumçusu Osman Dembele layiq görülüb. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:46



























